SON DƏQİQƏ

Türkiyədə daha bir terror – Video

Tarix:

5-01-2017, 18:55

/ 1 943 dəfə oxundu.
Türkiyədə daha bir terror – Video

Türkiyənin İzmir şəhərində partlayış törədilib.
Hadisə İzmir məhkəməsinin qarşısındakı polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışın bomba yüklü avtomobillə törədildiyi ehtimal olunur.
İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər yaralanıb.
Partlayışdan sonra ərazidə atışma baş verib. DHA müxbiri 1 terrorçunun öldürüldüyü barədə məlumat verib.
Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib.
18:00
Terroru həyata keçirən 3 terrorçudan daha biri məhv edilib, 3-cü terrorçunun axtarışları davam edir. Polis təhlükəsizlik səbəbindən ədliyyə binasından heç kimi buraxmır.
Egey Universitetinin Tibb fakültəsi xəstəxanasına 6 yaralanın aparıldığı bildirilir.
***
İzmir şəhərində partlayış törətdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 2 terrorçunun görüntüləri yayılıb.
Qeyd edək ki, qanlı olayı törədən 3 terrorçudan biri qaçıb. Öldürülənlərdən birinin üstündə bomba olduğu ehtimal edilir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ