SON DƏQİQƏ

Gəncədə sərnişin avtobusu dəhşətli qəzaya düşdü

Tarix:5-03-2021, 20:13 Oxunub:6 863

Bu gün axşam saatlarında Gəncə şəhərində ağır yol qəzası baş verib.

Şəhərin Dədə Qorqud küçəsində "İsuzu" markalı sərnişin avtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

"Chevrolet" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması üçün isə əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Gəncədə sərnişin avtobusu dəhşətli qəzaya düşdü

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<