SON DƏQİQƏ
» » Özünü öldürən 20 yaşlı qızla bağlı - Rəsmi açıqlama

Özünü öldürən 20 yaşlı qızla bağlı - Rəsmi açıqlama

Tarix:

23-02-2021, 12:16

/ 6 094 dəfə oxundu.
Özünü öldürən 20 yaşlı qızla bağlı - Rəsmi açıqlama

Ötən gün saat 19:00 radələrində Zabrat qəsəbəsində intihar edən şəxsin kimliyi məlum olub.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 20 yaşlı İsmayılzadə Fidan Nail qızı özünü Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğuna daxil olan məlumat əsasında, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Meyitin üzərində hündürlükdən yıxılması nəticəsində alınmış xəsarət izlərindən başqa digər şübhəli izlər müşahidə edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ