SON DƏQİQƏ
» » Xırdalanda partlayış: Dağıntılar altından 2 nəfər çıxarıldı - Video

Xırdalanda partlayış: Dağıntılar altından 2 nəfər çıxarıldı - Video

Tarix:

25-01-2021, 19:30

/ 7 106 dəfə oxundu.
Xırdalanda partlayış: Dağıntılar altından 2 nəfər çıxarıldı - Video

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

FHN-dən bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək".




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ