SON DƏQİQƏ
» » Bakıda özünü güllələyən şirkət rəhbəri barəsində AÇIQLAMA– RƏSMİ

Bakıda özünü güllələyən şirkət rəhbəri barəsində AÇIQLAMA– RƏSMİ

Tarix:

17-11-2020, 15:00

/ 7 180 dəfə oxundu.
Bakıda özünü güllələyən şirkət rəhbəri barəsində AÇIQLAMA– RƏSMİ

Bakının Nəsimi rayonunda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Nəsimi rayon Prokurorluğundan bildirilib.

Noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Ramin Əliyev "Kəlam" MTK tikinti şirkətinin rəhbərliyində yüksək vəzifə tutub.

Ramin Əliyev 3 uşaq atası idi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ