SON DƏQİQƏ

Oğrularla ev sahibi arasında əlbəyaxa dava

Tarix:

26-09-2020, 13:16

/ 4 510 dəfə oxundu.
Oğrularla ev sahibi arasında əlbəyaxa dava

Gəncədə evə oğurluğa girən şəxslər yaşlı ər-arvadı bıçaqlayıb.

GunAz.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin "Üç Bulaq" adlanan ərazisində baş verib. Hadisə nəticəsində ev sahibi 1961-ci il təvəllüdlü Əliyev Fikrət İsgəndər oğlu və onun xanımı bıçaqlanıb.

İlkin məlumata görə, qara maskalı şəxslər Fikrət Əliyevin evinə girib.

Bu zaman ev sahibi ayıq olduğundan əlbəyaxa dava baş verib.

Nəticə etibarı ilə 59 yaşlı şəxsi və həyat yoldaşını bıçaqlayan qara maskalılar oradan uzaqlaşıblar.

Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ