SON DƏQİQƏ
» » Böyük səs-küyə səbəb olan cinayət-ERMƏNİ ORDUSUNDA

Böyük səs-küyə səbəb olan cinayət-ERMƏNİ ORDUSUNDA

Tarix:

23-09-2020, 08:26

/ 3 564 dəfə oxundu.
Böyük səs-küyə səbəb olan cinayət-ERMƏNİ ORDUSUNDA

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində böyük səs-küyə səbəb olan cinayət törədilib.

GunAz.az erməni KİV-lərinə istinadən xəbər verir ki, leytenant Qor Harutyunyanın əsgər Armen Eqnakosyanı küçə söyüşləri ilə təhqir etməsi səbəbindən başlayan mübahisə nəticəsində dava düşüb. Bundan sonra əsgər zabiti öldürmək qərarına gəlib. A.Eqnakosyan izahatında yazıb ki, təhqir edildiyi üçün avtomat silahdan atəş açmaqla və yaxud da qumbara partlatmaqla leytenant Q.Harutunyanı öldürmək istəyib. Səngərə atdığı qumbara partlasa da, zabit xəsarət almayıb.

Əsgər A.Eqnakosyan döyüş mövqeyindən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ