SON DƏQİQƏ
» » Təyyarənin sərt enişindən çoxlu ölən və yaralananlar var

Təyyarənin sərt enişindən çoxlu ölən və yaralananlar var

Tarix:

8-08-2020, 08:34

/ 2 859 dəfə oxundu.
Təyyarənin sərt enişindən çoxlu ölən və yaralananlar var

Hindistanın Kojikode şəhərində (Kerala ştatı) Air India Express sərnişin təyyarəsinin sərt enişi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib..

Bildirilib ki, təyyarənin komandiri və pilot ölənlər arasında olub. Hadisə nəticəsində 140-dan çox sərnişin yaralanıb, bəziləri ağır yaralanıb.

 

Bundan əvvəl NDTV kanalı 17 nəfərin ölüm xəbərini vermişdi.

Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmayaraq 184 nəfər (o cümlədən 10 körpə) olub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ