SON DƏQİQƏ
» » Doqquz yaşlı uşaq qaçaraq avtomobilin altına girdi

Doqquz yaşlı uşaq qaçaraq avtomobilin altına girdi

Tarix:

29-06-2020, 08:44

/ 1 400 dəfə oxundu.
Doqquz yaşlı uşaq qaçaraq avtomobilin altına girdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Valideyni ilə yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Cavanşir Abbas oğlu qəfil anasından ayrılaraq avtomobillərin hərəkət etdiyi istiqamətə qaçıb. Bu zaman hərəkətdə olan "VAZ-2107” markalı, 90-ZP-681 dövlət seriya nişanlı avtomobil doqquz yaşlı uşağı vurub. Müxtəlif bədən xəsarətləri alan C.Abbasov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ