SON DƏQİQƏ

Bakıda bir nəfər dənizdə boğuldu

Tarix:

20-06-2020, 19:38

/ 4 405 dəfə oxundu.
Bakıda bir nəfər dənizdə boğuldu

Bakı şəhərinin Xəzər rayonu ərazisində bir nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y.Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ