SON DƏQİQƏ
» » Bakıda 50 nəfər tutuldu: bu səbəbə görə... - FOTOLAR

Bakıda 50 nəfər tutuldu: bu səbəbə görə... - FOTOLAR

Tarix:

30-05-2020, 16:53

/ 2 358 dəfə oxundu.
Bakıda 50 nəfər tutuldu: bu səbəbə görə... - FOTOLAR

Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fləşmob keçirilməsinə cəhd edilib.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ