SON DƏQİQƏ
» » Oğlanın başına silah dayayıb evlilik sənədinə qol çəkdirdi, SONRA İSƏ... - FOTO

Oğlanın başına silah dayayıb evlilik sənədinə qol çəkdirdi, SONRA İSƏ... - FOTO

Tarix:

6-03-2020, 08:23

/ 3 922 dəfə oxundu.
Oğlanın başına silah dayayıb evlilik sənədinə qol çəkdirdi, SONRA İSƏ... - FOTO

Əcnəbi oğlanın başına silah dirəyib evlilik sənədinə qol çəkdirdi və qarət etdi.

“Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.

Hindli Vasu Hindistan mədəniyyəti ilə “sıx maraqlanan” 26 yaşlı rusiyalı Polina Berezovskaya ilə görüşürmüş. Fevralın ortalarında qız əcnəbi gənci Moskvadakı mənzilinə dəvət edib. Orda tanımadığı kişi Vasunun başına silah doğruldaraq, Berezovskaya ilə evlilik sənədinə qol çəkdirib. Bundan başqa oğlanın üzərinə qızın biznesinə beş milyon rubl (təxminən 137000 AZN) məbləğində sərmayə yatırmaq məsuliyyəti də qoyulub.

Berezovskaya bununla da kifayətlənməyib Vasunun sənədlərini, üzərində olan 30 min rublu (təxminən 822 AZN) əlindən alıb, bank hesabına təqribən doqquz min rubl (246 AZN) köçürməyə  məcbur edib.

Başıbəlalı gənc gecə ayaqyolunda saxlanılıb, səhər isə sənədlərdə imzanın təsdiqlənməsi üçün notariusa aparılıb. Bütün rəsmi prosedurlar başa çatdıqdan sonra qadın Vasunu quldur dəstəsi ilə hədələyib və sərbəst buraxıb.

Gənc əvvəl çəkinsə də, 10 gün sonra ürəklənib və tərcüməçi taparaq polisə şikayət edib.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ