SON DƏQİQƏ

Türklərin kafesinə SİLAHLI HÜCUM

Tarix:20-02-2020, 11:30 Oxunub:1 929

Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.

GunAz.az xəbər verir ki, qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.

Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.

Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.

“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.

Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.

Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<