SON DƏQİQƏ

Ailəsinə işgəncə verirmiş - Bir qətlin tarixçəsi

Tarix:13-02-2020, 08:39 Oxunub:4 273

Ağcabədi rayonunda atanın oğlunu öldürməsi hadisəsi ilə bağlı təfərrüat məlum olub. 
GunAz.az-ın verdiyi xəbərə görə, qətli törədən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.  
Gecə saatlarında sərxoş vəziyyətdə evə gələn Tural Cəfərov atasını nalayiq söyüşlərlə təhqir edib və onu öldürməklə hədələyib. 
RMəlumata görə, ata və oğul arasında uzun illərdir soyuq münasibət davam edib. Oğurluq etdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan 30 yaşlı Tural Cəfərov həmişə atasını və anasını döyərək işgəncələr verib. Hadisə baş verən gün Tural atasını və bacısını döyərək ağır xəsarət yetirib. Atası dəhrə ilə oğlunun üz nahiyyəsindən zərbə vuraraq onu qətlə yetirib. Hadisədən sonra 58 yaşlı Valeh Cəfərov könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Sağlamlığı yerində olmayan Valeh Cəfərov ruhi xəstəxanada qeydiyyatda olub. 
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.qafqazinfo 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<