SON DƏQİQƏ
» » Çində koronavirusa yoluxanların sayı 830-a, ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusa yoluxanların sayı 830-a, ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Tarix:

24-01-2020, 08:34

/ 1 401 dəfə oxundu.
Çində koronavirusa yoluxanların sayı 830-a, ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Çində 2019-nCoV koronavirusa yoluxanların sayı artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Regionlarının Gigiyeva və Səhiyyə Məsələləri üzrə komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların sayı 849 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlikdən ölənlərin sayı da artıb. Ölkə ərazisində artıq 26 nəfər bu virusun qurbanı olub. 

Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir. Bu virusa yoluxma hallarına artıq Yaponiya, İtaliya, Meksika, Sinqapurda da rast gəlinir. Britaniyada da bir neçə nəfər bu virusa yoluxub-yoluxmamaları ilə bağlı tibbi analizlərin nəticələrini gözləyirlər.


***04:30

Çində 2019-nCoV koronavirusa yoluxanların sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Regionlarının Gigiyeva və Səhiyyə Məsələləri üzrə komitəsi məlumat yayıb.

Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 830 nəfərə çatıb. Bununla yanaşı, xəstəlikdən ölənlərin sayı da artıb. Məlumata görə, ölkə ərazisində artıq 25 nəfər bu virusun qurbanı olub. 

Daha əvvəl 2019-nCoV koronavirusa yoluxanların sayının 644-ə çatdığı bildirilirdi. Qeyd edilirdi ki, ölkənin 18 vətəndaşı bu virusdan ölüb. 

Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir. Bu virusa yoluxma hallarına artıq Yaponiya, İtaliya, Meksika, Sinqapurda da rast gəlinir.


***21:24

Çində 2019-nCoV koronavirusa yoluxanların sayı 644 nəfərə qədər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Regionlarının Gigiyeva və Səhiyyə Məsələləri üzrə komitəsinin xəbərində bildirilir.

Bildirilir ki, virusdan ölənlərin sayı 18 nəfərə çatıb.

Hakimiyyət orqanlarının məlumatına görə, Uhan şəhərindən qayıdan 80 yaşlı qocanın səhhəti pisləşib. O, həkimlərə müraciət edib. Lakin səhiyyə işçilərinin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ