SON DƏQİQƏ
» » Bakıda qəza törədən sürücünün hər iki ayağı sındı - FOTO

Bakıda qəza törədən sürücünün hər iki ayağı sındı - FOTO

Tarix:

21-11-2019, 08:17

/ 2 995 dəfə oxundu.
Bakıda qəza törədən sürücünün hər iki ayağı sındı - FOTO

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Rüstəm Rüstəmov küçəsində, yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb.

23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi “Lada” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn 34 yaşlı Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İ.Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ