SON DƏQİQƏ
» » Yüngül mübahisə qətlə çevrildi: Xaçmazda uşağa görə adam öldürdülər

Yüngül mübahisə qətlə çevrildi: Xaçmazda uşağa görə adam öldürdülər

Tarix:

23-10-2019, 23:28

/ 1 401 dəfə oxundu.
Yüngül mübahisə qətlə çevrildi: Xaçmazda uşağa görə adam öldürdülər

Cütlük bir müddət əvvəl boşanıb və S.Qurbanov başqa qadınla ailə həyatı qurub. Öz qızını görə bilməyəndə isə bıçağa əl atıb.

 Xaçmazda 29 yaşlı Səfər Qurbanovun qayınatası, 58 yaşlı Əlihüseyn Qədirovu bıçaqlayaraq öldürməsinin təfərrüatları məlum olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə yerli sakinlərin verdikləri məlumata görə, kürəkənin qayınatasını qətlə yetirməsinə səbəb Ə.Qədirovun S.Qurbanova öz qızını görməyə icazə verməməsi olub.

Qayınata ilə onun evinə gələn kürəkən arasında mübahisə olub. Az sonra mübahisə davaya çevrilib və kürəkən elə qapının önündə qayınatasına 8 bıçaq zərbəsi endirib.

Onu da qeyd edək ki, cütlük bir müddət əvvəl boşanıb və S.Qurbanov başqa qadınla ailə həyatı qurub.

Məsələ ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 120.1 - qəsdən adamöldürmə maddəsilə cinayət işi açılıb.

Xatırladaq ki, APA-nın məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ