SON DƏQİQƏ

“Azərbaycan” qəzetinin 30 illik yubileyi keçiriləcək

Tarix:11-10-2019, 10:45 Oxunub:79

Xalq şairi Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetinin 30 illik yubileyini keçirəcək.

GunAz.az Azpolitika-ya istinadən xəbər verir ki, 1989-cu ildə “Azərbaycan” qəzetini bərpa edən və onun ilk baş redaktoru olan, sonradan qəzetin Milli Məclisin rəsmi mətbu orqanı olmasına etiraz etməyən Sabir Rüstəmxanlı oktyabrın 16-da “Park İnn” otelində 30 illik yubiley tədbiri düzənləyəcək.

Tədbirə dəvətlilər arasında hakim partiyanın nümayəndələri, o cümlədən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da var. Ən maraqlısı isə odur ki, “Azərbaycan” qəzetinin indiki baş redaktoru Bəxtiyar Sadıqovun adı bu tədbirə dəvətlilərin siyahısında yoxdur.

Tədbirlə bağlı Sabiq Rüstəmxanlı deyib ki, “Azərbaycan” qəzeti müstəqillik dövründə Azərbaycanın ilk müstəqil qəzeti olub, özündən sonra “Aydınlıq”, “Azadlıq”, “Yeni Müsavat” və digər qəzetlərin meydana gəlməsi üçün cığır açıb. Xalq şairi əlavə edib ki, onun baş redaktorluğu dövründə nəşr edilən “Azərbaycan” qəzetinin əsası 1918-ci ildə qoyulub: “Biz buna ehtiram əlaməti olaraq qəzetin üz səhifəsində qeyd edirdik ki, bu mətbu orqan 1918-ci ildə yaradılıb. Eyni zamanda unudulan bir çox milli dövlət atributlarını qəzetə gətirmişdik”.

Sabir Rüstəmxanlı qeyd edib ki, keçirəcəkləri tədbirə jurnalistləri, o dövrdə qəzetdə işləyən müxbirləri, ictimai şəxsləri dəvət ediblər: “İndiki “Azərbaycan” qəzetinin rəhbərliyini tədbirə dəvət etməmişik, ancaq əməkdaşları dəvətlidir. Rəhbərlik bu qəzetin yubileyini keçirəndə bizi dəvət etməmişdi. Biz də onları dəvət etmirik”.

Rüstəmxanlı bildirib ki, Siyavuş Novruzov bir ay əvvəldən tədbirə dəvətlidir: “Siyavuş Novruzov bizim dostumuzdur. Tədbirə gəlsə də, gəlməsə də onu dəvət edəcəyik. Bu məsələdə problem yoxdur”.

N.SAFURA

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<