SON DƏQİQƏ
» » İstanbulda zəlzələdən zərər görmüş 29 məktəb bağlanıb

İstanbulda zəlzələdən zərər görmüş 29 məktəb bağlanıb

Tarix:

1-10-2019, 08:54

/ 1 398 dəfə oxundu.
İstanbulda zəlzələdən zərər görmüş 29 məktəb bağlanıb

İstanbulda baş vermiş 5,8 bal gücündə zəlzələdə zərər görmüş 29 məktəb binası bağlanıb. Bu təhsil ocaqlarının şagirdləri müvəqqəti olaraq təhsillərini başqa məktəblərdə davam etdirəcəklər.
Bu barədə İstanbul Valiliyindən bildirilib.
Zəlzələdən sonra zərər görmüş təhsil ocaqlarının araşdırılması nəticəsində 29 məktəb binasında ağır və yüngül zədələr aşkar edilib. Bununla bağlı bu təhsil ocaqları müvəqqəti olaraq bağlanıb.
Bu təhsil ocaqları əsasən şəhərin Bahçelievler, Böyükçekmece, Qaziosmanpaşa, Pendik, Sancaktepe, Arnavutköy, Avcılar, Maltepe, Silivri, Üsküdar və Eyupsultan rayonlarında yerləşir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ