SON DƏQİQƏ
» » Qazaxıstanda hərbi anbarda partlayış baş verib, xəsarət alanlar var

Qazaxıstanda hərbi anbarda partlayış baş verib, xəsarət alanlar var

Tarix:

14-09-2019, 08:00

/ 1 271 dəfə oxundu.
Qazaxıstanda hərbi anbarda partlayış baş verib, xəsarət alanlar var

Qazaxıstanda hərbi anbarda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Arıs şəhərində, yanmış arsenalın ərazisinin təmizlənilməsi işlərinin görülməsi zamanı baş verib. Hadisə nəticəsində dörd hərbi qulluqçu yaralanıb.

"Anbarın ərazisinin döyüş sursatlarının hissələrindən təmizlənilməsi üzrə plan işlərinin hərbi qulluqçular tərəfindən icrası vaxtı Arıs şəhərinin ərazisində partlayış olub. Nəticədə müqavilə ilə xidmət edən dörd hərbi qulluqçu yaralanıb", - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Arısdakı arsenalda iyunun 24-da alovlanma olub. Hadisə zamanı 4 nəfər həlak olub, daha 45 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ