SON DƏQİQƏ
» » Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Tarix:

13-09-2019, 11:35

/ 2 215 dəfə oxundu.
Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.

GunAz.az-ın əldə etdiyi məlumata görə, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb. 

O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib. Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan H.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.

H.Abdulkərimov Şəki rayonu Köndələn kənd orta məktəbində müəllim kimi çalışıb.

Meyitə baxış keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası təyin edilib. 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ