SON DƏQİQƏ

Bakının mərkəzində yol çökdü - Video

Tarix:

31-07-2019, 08:13

/ 3 557 dəfə oxundu.
Bakının mərkəzində yol çökdü - Video

İstismar müddəti bitmiş kanalizasiya borusu yolda çökməyə səbəb olub.

"Xəzər xəbər"in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. 80-ci illərin sonunda tikilən kanalizasiya kollektri partlayıb. Nəticədə yaxın vaxtlarda əsaslı şəkildə qurulan yol keçilməz olub. Yolda bir neçə metr dərinliyi olan çökmə yaranıb.

''Azərsu'' ASC-nin Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyir ki, diametri min millimetr olan kollektr 80-ci illərin sonunda tikilib. İstismar müddətini başa vuraraq aşınmaya məruz qalıb. Bu səbəbdən də yolda çökmə baş verib.

Bildirildi ki, həmin yol ən azı iki gün bağlı olacaq. Binəqədi 1 küçəsindən istifadə edən sürücülərə alternativ yollara keçmələri tövsiyə edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ