SON DƏQİQƏ
» » Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yanıb

Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yanıb

Tarix:

13-06-2019, 09:28

/ 783 dəfə oxundu.
Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yanıb

Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində baş vermiş yanğın söndürülüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, alovun söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı, Ağsu, Kürdəmir, Qobustan və Hacıqabul rayonları üzrə yanğın mühafizə xidmətlərinin texnika və canlı qüvvələri, həmçinin Mülki Müdafiə qoşunlarının əsgərləri iştirak edib.

Hadisə nəticəsində ərazidə 2 min hektar taxıl sahəsi yanıb.Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda FHN tərəfindən vətəndaşlara dəymiş ziyan hesablanır.

Eyni zamanda "Report" un Qarabağ mərkəzinin məlumatına görə, Ağcabədi rayonunun Xocavənd kəndində də biçinə hazır olan taxıl sahəsi yanıb.

Kənd sakininə məxsus olan 1 hektar sahədə biçilməmiş taxıl yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ