SON DƏQİQƏ
» » Hərbiçilərimizin həlak olmalarında CİNAYƏT İŞİ

Hərbiçilərimizin həlak olmalarında CİNAYƏT İŞİ

Tarix:

14-05-2019, 12:11

/ 289 dəfə oxundu.
Hərbiçilərimizin həlak olmalarında CİNAYƏT İŞİ

Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.

GunAz.az-ın məlumatına görə, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hələlik fakta görə saxlanılan yoxdur.

Xatırladaq ki, bu il martın 7-də Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşərək həlak olublar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ