SON DƏQİQƏ
» » Bakıda sərxoş sürücü zəncirvari qəza törətdi - VİDEO

Bakıda sərxoş sürücü zəncirvari qəza törətdi - VİDEO

Tarix:

14-05-2019, 08:44

/ 373 dəfə oxundu.
Bakıda sərxoş sürücü zəncirvari qəza törətdi - VİDEO

Axşam saat 21:20 radələrində Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.

 

скачать dle 12.1

Şərhlər