SON DƏQİQƏ
» » Aparıcı faciəvi şəkildə öldü: ardarda iki qəzaya düşdü və...

Aparıcı faciəvi şəkildə öldü: ardarda iki qəzaya düşdü və...

Tarix:

7-05-2019, 17:26

/ 247 dəfə oxundu.
Aparıcı faciəvi şəkildə öldü: ardarda iki qəzaya düşdü və...

Dağıstanlı jurnalist və "MTV-Stolitsa" telekanalının aparıcısı Tamilla Abdullayeva Mahaçqala şəhərində yol qəzasında dünyasını dəyişib.

Bu barədə yerli "Çernovik" qəzetinin "Telegram" kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, aparıcı iki dəfə qəza keçirib. Birinci qəzadan sonra Abdullayeva üçün təcili yardım maşını gəlib. Aparıcı xəstəxanaya aparılarkən təcili yardım maşını da başqa bir avtomobillə toqquşub. Aldığı zərbələrdən jurnalist hadisə yerində dünyasını dəyişib.

Abdullayeva MTV telekanalının "Stolitsa" media holdinqində baş redaktor, həmçinin, kanalın aparıcısı vəzifəsində çalışırdı.

Bundan başqa, jurnalistin "İnstagram" səhifəsində qeyd edilir ki, o, Moskvada "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyində radiojurnalistikanı tədris edirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ