SON DƏQİQƏ
» » Azərbaycanlılarla çeçenlər arasında növbəti KÜTLƏVİ DAVA: xəsarət alanlar var

Azərbaycanlılarla çeçenlər arasında növbəti KÜTLƏVİ DAVA: xəsarət alanlar var

Tarix:

16-04-2019, 22:16

/ 10 232 dəfə oxundu.
Azərbaycanlılarla çeçenlər arasında növbəti KÜTLƏVİ DAVA: xəsarət alanlar var

Almaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.

GunAz.az Report-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində "Brasil" restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.

Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.

Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.

Xatırladaq ki, bundan öncə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ