SON DƏQİQƏ
» » Kürdə qayıqda köməksiz qalan 8 nəfər xilas edilib

Kürdə qayıqda köməksiz qalan 8 nəfər xilas edilib

Tarix:

13-03-2019, 13:47

/ 10 254 dəfə oxundu.
Kürdə qayıqda köməksiz qalan 8 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Əməliyyat başa çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ