SON DƏQİQƏ

Göyçayda yanğın olub

Tarix:

5-02-2019, 21:32

/ 10 309 dəfə oxundu.
Göyçayda yanğın olub

Göyçayda yaşayış evində yanğın olub.

GunAz.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Potu kəndində kənd sakini Tərxan Rəsulova məxsus üç otağlı evdə baş verib.

Yanğın zamanı T. Rəsulovun ailəsi evdə olub. Onlar çətinliklə olsa da, evdən çıxa biliblər. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, evdə olan bütün əşyalar yanıb.

FHN-nin Göyçay rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüblər.

Yanğının səbəbləri məlum deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ