SON DƏQİQƏ
» » Sumqayıtda “KamAz” və “VAZ-2107” toqquşub, ölən var

Sumqayıtda “KamAz” və “VAZ-2107” toqquşub, ölən var

Tarix:

8-12-2018, 19:36

/ 10 472 dəfə oxundu.
Sumqayıtda “KamAz” və “VAZ-2107” toqquşub, ölən var

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində “VAZ-2107” və “KamAZ” markalı avtomobillər toqquşub.

GunAz.az xəbər verir ki, bu haqqda DİN-dən məlumat verilib. Dekabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini Eyvaz Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”-dakı sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ