Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.

GunAz.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.

Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.

Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]