SON DƏQİQƏ
» » Paytaxda piyadanı vurub qaçan sürücü saxlanılıb

Paytaxda piyadanı vurub qaçan sürücü saxlanılıb

Tarix:

12-11-2018, 15:18

/ 10 324 dəfə oxundu.
Paytaxda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-dən GunAz.az -a verilən məlumata görə, noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.

25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ