SON DƏQİQƏ

Sürüşmə sahəsində xırda uçqunlar yaranıb

Tarix:

19-10-2018, 19:50

/ 10 343 dəfə oxundu.
Sürüşmə sahəsində xırda uçqunlar yaranıb

Bakının Badamdar qəsəbəsində bir neçə gündür davam edən sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan GunAz.az-a verilən məlumata görə, saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb.

Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ