SON DƏQİQƏ

Yük maşını çaya düşdü - Yaralılar var

Tarix:

12-10-2018, 12:31

/ 10 256 dəfə oxundu.
Yük maşını çaya düşdü -  Yaralılar var

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı "99-AZ-285" dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

GunAz.az trend -ə istinadən xəbər verir ki, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ