SON DƏQİQƏ
» » Bakıda dəhşət: sahibsiz itlər azyaşlılara hücum çəkdi – VİDEO

Bakıda dəhşət: sahibsiz itlər azyaşlılara hücum çəkdi – VİDEO

Tarix:

9-10-2018, 21:55

/ 10 594 dəfə oxundu.
Bakıda dəhşət: sahibsiz itlər azyaşlılara hücum çəkdi – VİDEO

Bakıda sahibsiz itlər uşaqlara hücum edib.

GunAz.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, itlər uşaqlardan birinin dodağını, digərinin isə əlini dişləyib. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi “İkinci yeni sahə” adlandırılan ərazidə baş verib.

Zibillikdə toplanan sahibsiz itlər Mələk İbrahimova ilə Ramal Hüseynliyə hücum edərək onlara xəsarət yetirib..

Sakinlər deyirlər ki, sahibsiz itlər təkcə balacalara yox, elə böyüklərə də qənim kəsilib. Massivdə zibil qutuları olmadığından, məişət tullantıları hara gəldi atılır. Bu da sahibsiz itlərin həmin əraziyə toplanmasına səbəb olur.

Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Buzovna qəsəbə nümayəndəliyindən bildirildi ki, bir neçə dəfə sözügedən ərazidən sahibsiz itlər yığılaraq aparılıb və bu tədbirlər davam etdiriləcək.

Bələdiyyədən isə bildirildi ki, bir ay ərzində həmin əraziyə zibil qutuları qoyulacaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ