SON DƏQİQƏ
» » Mingəçevir su anbarında polis əməkdaşı batdı

Mingəçevir su anbarında polis əməkdaşı batdı

Tarix:

4-08-2018, 19:59

/ 10 259 dəfə oxundu.
Mingəçevir su anbarında polis əməkdaşı batdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

GunAz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Nəsibov Elmar ibrahim oğlunun cəsədini sudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ