SON DƏQİQƏ

Xaçmazda dəhşətli qəza - 2 nəfər öldü

Tarix:

28-07-2018, 08:51

/ 10 316 dəfə oxundu.
Xaçmazda dəhşətli qəza - 2 nəfər öldü

Bu gecə Xaçmaz rayonunun Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. 

GunAz.az xəbər verir ki, ölən şəxslər Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur. 

Yaralalar Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur. 

Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hər üçünə “qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi” diaqnozu qoyulub,  vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ