SON DƏQİQƏ

Çimərlikdə batan qadının meyiti tapılıb

Tarix:

24-07-2018, 21:46

/ 10 278 dəfə oxundu.
Çimərlikdə batan qadının meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Vəfa Hacıbala qızı Fətullayevanın meyiti hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ