SON DƏQİQƏ

Şəmkirdə yanğın yenidən gücləndi

Tarix:

7-07-2018, 23:46

/ 10 292 dəfə oxundu.
Şəmkirdə yanğın yenidən gücləndi

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən yenidən güclənib.

GunAz.az Report.az-a istinadən xəbər verir ki, hazırda Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edir.

Öncə yanğın məhdudlaşdırılsa da, küləkli hava şəraiti kol-kos və quru ot sahəsində alovun genişlənməsinə səbəb olub. Hazırda meşə istiqamətinə doğru genişlənən yanğının söndürülməsi istiqamətində bir sıra işlər görülür.

Qeyd edək ki, yanğın baş vermiş əraziyə, ətraf rayon və şəhərlərdən yanğınsöndürən maşınlar köməyə cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ