SON DƏQİQƏ
» » Məşhur mafioz türmədən helikopterlə qaçırıldı - Video

Məşhur mafioz türmədən helikopterlə qaçırıldı - Video

Tarix:

1-07-2018, 23:03

/ 10 286 dəfə oxundu.
Məşhur mafioz türmədən helikopterlə qaçırıldı - Video

Fransada xüsusi rejimli həbsxanada saxlanılan qatı cinayətkar Redoine Faid 4-cü dəfə həbsxanadan qaçırılıb.

GunAz.az xəbər verir ki, məşhur cani həbsxananın həyətinə enən 3 silahlının köməyilə qaça bilib.

Réau həbsxanasında saxlanılan əl-Cəzayir əsilli mafioz ilk dəfə 2013-cü ildə həbsxanadan qaçıb.

Silahlı qanqster dəstəsi olan Redoine Faid ikinci dəfə saxlanıldığı Sequedin həbsxanasının qapısını dinamitlə partladaraq əlindəki silahla üç nəfəri girov götürməklə qaça bilmişdi.

Bu günlərdə isə onu helikopterlə qaçırmağı bacarıblar.

Faid cinayət əməllərini Amerikanın mafiya filmləri olan "Scarface" və "Heat"dən ilhamlanaraq həyata keçirib.

46 yaşlı Faid sonuncu dəfə polisi qətlə yetirmişdi və 25 il azadlıqdan məhrum edilmişdi.

Redoine Faid 2010-cu ildə həyatından bəhs edən "Braqueur" adlı kitap nəşr etdirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ