SON DƏQİQƏ

Şəmkir sakinindən 2 kq narkotik götürülüb

Tarix:

4-05-2018, 12:38

/ 10 419 dəfə oxundu.
Şəmkir sakinindən 2 kq narkotik götürülüb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Gunaz.az APA-ya istinadən xəbər verir ki,  mayın 3-də Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çinarlı kəndində yaşayan Anar Əliyevin evindən 2 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ