SON DƏQİQƏ
» » Yunanıstanda etiraz: ABŞ bayrağı yandırıldı

Yunanıstanda etiraz: ABŞ bayrağı yandırıldı

Tarix:

15-04-2018, 18:36

/ 10 294 dəfə oxundu.
Yunanıstanda etiraz: ABŞ bayrağı yandırıldı

Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Gunaz.az xəbər verir ki, Aksiyanı Yunanıstan Kommunist Partiyası, parlamentə daxil olmayan sol partiyalar təşkil edilib. Etiraz aksiyası zamanı ABŞ bayrağı yandırılıb. Aksiya zamanı etirazçılar “İmperializm 1 nömrəli düşməndir, “ABŞ, NATO, AB, çəkin əlinizi Suriyadan”, “Yankilər evə gedin” kimi şüarlar səsləndirilib.

Mitinqdə çıxışı edən yunan kommunistlərinin lideri Dmitri Kutsumbas ölkəsinin ABŞ-ın yanında yer almaması gərəkdiyini deyib:

“Təəssüf ki, imperialist savaş təhlükəsi artır. Yunan hökuməti xalqın maraqlarına qarşı üzərinə böyük öhdəliklər götürür. Afina ABŞ-NATO planlarından ayrılmalıdır”.(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ