SON DƏQİQƏ
» » Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

Tarix:

4-03-2018, 15:58

/ 10 283 dəfə oxundu.
Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları ərazisində baş verib.

Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Xəstəxanadan verilən məlumata görə, o, xəstəxaya gətirilərkən vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ