SON DƏQİQƏ
» » Avtomobil işıq dirəyinə çırpılaraq yanıb, sürücü ağır xəsarət alıb

Avtomobil işıq dirəyinə çırpılaraq yanıb, sürücü ağır xəsarət alıb

Tarix:

5-08-2017, 07:32

/ 4 284 dəfə oxundu.
Avtomobil  işıq dirəyinə çırpılaraq yanıb, sürücü ağır xəsarət alıb

Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
 
 Avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
 
Metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Renault Logan" markalı minik maşını qəfildən sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyini aşıran avtomobil ikinci dərəcəli yola keçib və yanmağa başlayıb.
 
Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları cəlb edilib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.
 
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Yol qəzasının baş verməsi səbəblərini Nizami polisi araşdırır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ