SON DƏQİQƏ
» » Azərbaycanda iki zəlzələ - 4 dəqiqə fərqlə

Azərbaycanda iki zəlzələ - 4 dəqiqə fərqlə

Tarix:

3-05-2017, 14:49

/ 3 701 dəfə oxundu.
Azərbaycanda iki zəlzələ - 4 dəqiqə fərqlə

Daşkəsən rayonunda zəlzələ baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, saat 12:58-də və saat 13:00-da iki təkan qeydə alınıb.
Zəlzələnin gücü təxminən 3 bal olub. Hər hansı bir dağıntı isə qeydə alınmayıb.
Bu gün Zaqatala rayonunda da zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal - qərbdə Dağıstan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub. Dağıntıların qeydə alınmadığı bildirilir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ