SON DƏQİQƏ
» » İki azərbaycanlının orqanları 7 nəfəri xilas etdi

İki azərbaycanlının orqanları 7 nəfəri xilas etdi

Tarix:

27-04-2017, 22:39

/ 3 846 dəfə oxundu.
İki azərbaycanlının orqanları 7 nəfəri xilas etdi

Ərdəbilli iki gəncin ailəsi onların daxili orqanlarının başqalarına köçürülməsinə icazə verib.
Bir müddət əvvəl avtomobil qəzasında xəsarət alan iki gəncdə beyin ölümü baş verdikdən sonra onların ailələri bu iki gəncin bədən orqanlarının digər ehtiyacı olan xəstələrə köçürülməsinə razılaşıb.
Bununla da 7 nəfərin həyatını qurtarmaq mümkün olub.
Bu, cari ilin ilk orqan bağışlaması hadisəsidir. Ötən il də Ərdəbil vilayətində beyin ölümü keçirən 15 nəfərin ailə üzvləri onların orqanlarının ehtiyacı olanlar köçürülməsinə icazə vermişdi.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ