SON DƏQİQƏ
» » General: Bakıda qəzalarda ölənlərin sayı artıb

General: Bakıda qəzalarda ölənlərin sayı artıb

Tarix:

20-04-2017, 17:39

/ 3 864 dəfə oxundu.
General: Bakıda qəzalarda ölənlərin sayı artıb

Paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 (31) nəfər həlak olub, 134 (160) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,8%, xəsarət alanların sayı isə 16,3% azalsa da, həlak olanların sayı artıb.
 Bu barədə aprelin 20-də Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsindəki hesabat məruzəsində qurumun rəisi, general-leytenant Mirqafar Seyidov deyib.
General bildirib ki, təqsirləndirilən şəxs qismində axtarışda olan 767 nəfərdən 43,8%-i (+1,3%, 336), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 370 nəfərdən isə 24,9%-i (-6,0%, 92) tutulub.
Bununla yanaşı, 17 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də 38 mənzil oğurluğu törətmiş 51 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa olunub.
Narkotiklərlə bağlı aşkar edilmiş 294 (351) fakt üzrə qanunsuz dövriyyədən 161 kq-dan çox (+46 kq 948 qr) narkotik vasitə çıxarılıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ