SON DƏQİQƏ
» » Sabiq rəis oğlunun öldüyü qəzanın - Videosu

Sabiq rəis oğlunun öldüyü qəzanın - Videosu

Tarix:

20-04-2017, 12:21

/ 3 867 dəfə oxundu.
Sabiq rəis oğlunun öldüyü qəzanın - Videosu

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.
Hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.
90 XM 720 dövlət nömrə nişanlı, "Mersedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, "VAZ 21011” markalı avtomobil toqquşub.
Nəticədə VAZ 21011-də olanlardan biri - Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb, Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü Cavanşir İbiş oğlu Mürşüdov isə xəsarət alıb.
Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. (APA)

скачать dle 12.1

Şərhlər