SON DƏQİQƏ
» » Azərbaycan milli komandasının üzvü qarət olunub

Azərbaycan milli komandasının üzvü qarət olunub

Tarix:

9-02-2017, 09:11

/ 6 933 dəfə oxundu.
Azərbaycan milli komandasının üzvü qarət olunub

Azərbaycan milli komandasının və "Araz Naxçıvan" klubunun futzalçısı Fineo de Araujo qarət olunub.

"Report"un məlumatına görə, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ