SON DƏQİQƏ

Bakıda yolu keçən piyada vuruldu

Tarix:

4-02-2017, 21:58

/ 3 011 dəfə oxundu.
Bakıda  yolu keçən piyada vuruldu

Axşam saatlarında Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.
Belə ki, "10-XU-219” dövlət qeydiyyat nişanlı, "Qazel” markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yaralı "təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ